Şanlı Ordumuzun qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində, eləcə də Ermənistan ordusunun Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısını alarkən 15 sentyabr 2022-ci il tarixində qəhrəmancasına şəhid olan hər bir eloğlumuzun ailəsini, dəfn olunduğu məzarı ziyarət etmək ağrılı olduğu qədər də qürurvericidir.
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin iqtisadiyyat fənləri üzrə Fənn Birləşmə Komissiyasının müəllim və tələbə heyəti İsmayıllı rayonunun Hacıhətəmli kəndinin yetirməsi, 2022-ci ilin 15 sentyabrında şəhid olmuş Xəlilov Qədim İlqar oğlunun ailəsini və məzarını ziyarət ediblər.
Ziyarətçilər şəhidi ehtiramla yad edib, yaxınlarına, əzizlərinə Allahdan səbir diləyiblər.
Allah bütün şəhidlərimizə rəhmət etsin!