İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun ucqar kənd və qəsəbələrdə rayon sakinlərilə səyyar görüşlər keçirməsi artıq bir ənənə şəkli alıb.
Lahıc qəsəbəsində keçirilən görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-nin əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər zamanı sakinləri narahat edən məsələlər yerində araşdırılır. Bu kimi görüşlər dövlət-vətəndaş münasibətlərinə sarsılmaz bağlılıq yaradır.
Rayon rəhbəri vətəndaşların müraciətləri, istək və təkliflərini dinləyib, sakinlərlə qəsəbənin ümumi problemlərini müzakirə edib.
Səyyar qəbulda sakinlərin çatışmazlıq kimi səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılıb və həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən bəzi məsələlər nəzarətə götürülüb. Onların həlli üzrə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.