Oktyabrın 31-də İsveçrənin Azərbaycan Respublikasındakı səlahiyyətli səfiri cənab Filipp Ştalder İsmayıllı rayonunda səfərdə olub.
Səfir rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqov tərəfindən qarşılanıb və ona rayonun sosial-iqtisadi inkişafı, aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib. Rəsmi qarşılanmadan sonra səfir rayonun bir sıra istehsal müəssisələri ilə tanış olub. Tikiş fabriki, “Xoşbəxt xalça” MMC, yeni tikilən xalça fabriki, “İSMA-Bikes” velosiped zavodu, Şato-Monolit sənaye və turizm kompleksi ilə tanışlıq rayonun bugünü və gələcək potensialı haqqında məlumatlar qonaqda rayonumuzla bağlı zəngin təəssürat yaradıb.
“İsmayıllı xəbərləri”