İsmayıllı Rayon Təhsil Şöbəsi Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər həyata keçirib. Bunlardan biri Heydər Əliyev adına Mərkəzdə baş tutub. Rayonun əksər məktəblərindən gəlmiş balaca rəssamlar 22 il əvvəl baş vermiş faciəni fırçaları ilə əks etdirməyə çalışıblar.
Xocalı faciəsi məktəbli rəssamların gözü ilə
İsmayıllı Rayon Təhsil Şöbəsi Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər həyata keçirib. Bunlardan biri Heydər Əliyev adına Mərkəzdə baş tutub. Rayonun əksər məktəblərindən gəlmiş balaca rəssamlar 22 il əvvəl baş vermiş faciəni fırçaları ilə əks etdirməyə çalışıblar.
RTŞ-nin metodisti Şəkurə Quliyeva tədbirin məqsədi, həmçinin, digər görülmüş işlər barədə söhbət açıb. Şəhidlər və Xocalı qurbanları bir dəqiqəlik sükutla yad ediliblər.
RTŞ-nin müdiri Rasim Orucov belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.
Şəhər 1 nömrəli tam orta məktəbin bir qrup şagirdi Xocalı mövzusunda ədəbi-bədii kompozisiya təqdim ediblər. Məktəblilər Dövlət himnini ifa ediblər.
Təhsil İşçiləri Həmkarlar İttifaqı rayon Komitəsinin sədri Hafiz Kərimov tədbirdəki çıxışında uşaqların dövlət atributlarını yaxşı tanıması, onlara hörmət ruhunda tərbiyə edilməsinin mühüm əhəmiyyət kəsb etdiyini xüsusilə vurğulayıb.
Təzəkənd kənd tam orta məktəbinin direktor müavini Ağalar Bədəlov gələcəkdə belə faciələrlə qarşılaşmamaq üçün tariximizi yaxşı öyrənməli, düşmənlərimizi tanımalı olduğumuzu qeyd edib.
Ayrılmış münsiflər əl işlərindən seçmələr ediblər. Ən yaxşı işlər mükafatlandırılıb.
“İsmayıllı xəbərləri”