• Ana səhifə |
Subscribe by RSS or RUS
Söz mülkünün sultanı

Söz mülkünün sultanı

25 fevral 2012
//
Oxunub: 1718 şərhlər 1
Bu günlərdə Ağbulaq kənd ümumi orta məktəbində dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 870 illiyinə həsr olunmuş Söz mülkünün sultanı adlı geniş ədəbi-bədii gecə keçirilmişdir. Məktəbin dil-ədəbiyyat müəllimi Əflatun Baxışovun şairin həyat və yaradıcılığı haqqında ətraflı çıxışından sonra Ağbulaq kənd klubu və məktəb özfəaliyyət dərnəklərinin birgə hazırladığı musiqili-ədəbi kompozisiya tamaşaçılara təqdim olunmuşdur. Şagirdlər şairin məşhur qəzəllərini, hikmətli aforizmlərini səsləndirmişlər. Xəmsəyə daxil olan poemalardan səhnələşdirilmiş parçalar tamaşaçıların ürəyincə olmuşdur.
Neftçi haqqında erməni etirafı

Neftçi haqqında erməni etirafı

25 fevral 2012
//
Oxunub: 1824 şərhlər 2
Yanvarın 18-də Sankt Peterburq şəhərində Rusiya Futbol İttifaqının yaradılmasının 100 illiyinə həsr edilmiş Dəri top beynəlxalq uşaq futbol turnirinin bütün mükafatçıları müəyyənləşmişdir. Şəhərin Peterburq konsert-idman kompleksində yanvarın 15-dən 18-dək keçirilən turnirdə 9 ölkədən 12 komanda iştirak etmişdir. Yarışın finalında Neftçi(Bakı, Azərbaycan) 1:0 hesabı ilə Sozvezdiye (Dzerjinsk, Rusiya) komandasını məğlub edərək yarışın qalibi olmuşdur. Üçüncü yer uğrunda yarışda 73 saylı idman məktəbi (Lvov, Ukrayna) 3:2 hesabı ilə Maşinostroiteli (Tixoretsk, Rusiya) üstələmişdir.
Şagirdlərdə müstəqil yazı  vərdişlərinin  inkişaf etdirilməsı

Şagirdlərdə müstəqil yazı vərdişlərinin inkişaf etdirilməsı

25 fevral 2012
//
Oxunub: 2957 şərhlər 2
Təlimdə yeni üsul və texnologiyalardan istifadə geniş vüsət alıb. Bunun nəticəsində dərsdə şagird fəal, müəllim isə passiv tərəf kimi çıxış edir. Bu da imkan verir ki,
Şəhidlərin xatirəsi anıldı

Şəhidlərin xatirəsi anıldı

25 fevral 2012
//
Oxunub: 1720 şərhlər 1
Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da 20 Yanvar hadisələrinin 22 illiyinə həsr olunmuş tədbirlər keçirilir. Biz də təhsil aldığımız A.Aslanov adına 2 saylı tam orta
20 Yanvar faciəsi qan yaddaşımızdır

20 Yanvar faciəsi qan yaddaşımızdır

25 fevral 2012
//
Oxunub: 13975 şərhlər 1842
Yanvarın17-də Heydər Əliyev adına Mərkəzdə İsmayıllı rayon Gənclər və İdman İdarəsi və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında 20 Yanvar faciəsi qan yaddaşımızdır mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir. Müsabiqənin şəffaf keçirilməsi üçün kodlaşdırma aparılmışdır. Müsabiqədə 46 nəfər iştirak etmişdir. Müsabiqə yazıları yoxlanmaq üçün RTŞ-nə göndərilmişdır. Nəticələr müəyyənləşdirildikdən sonra qaliblərə İsmayıllı rayon Gənclər və İdman İdarəsinin, Rayon Təhsil Şöbəsinin diplomları və qiymətli hədiyyələri veriləcəkdir.
Armrestlinq üzrə rayon birinciliyi

Armrestlinq üzrə rayon birinciliyi

25 fevral 2012
//
Oxunub: 5340 şərhlər 78
2012-ci ilin 17 yanvar tarixində rayon Gənclər və İdman İdarəsi yeniyetmələr və gənclər arasında armrestlinq üzrə rayon birinciliyi keçirmişdir. Tədbirdə 65 nəfər idmançı iştirak etmişdir. 20 Yanvar şəhidlərinin xatirəsi anılmış, yarış iştirakçılarına uğurlar arzulanmışdır. Yarış əsasnaməyə uyğun - olimpiya sistemi ilə (uduzan çıxır) keçirilmişdir. Maraqlı görüşlərdən sonra 50 kq. cəkidə Nicat Xəlilli I, Bəhruz Qasımov II, İzzət Cəfərov III yeri tutmuşdur. 55 kq. cəkidə Hidayət Həmzəyev birinci, Şirxan Xəlilov ikinci, Elmar İlyaslı üçüncü olmuşdur. 60 kq. cəkidə Togrul Şahlarlı I yeri, Eşqin Paşayev II yeri, Namiq Talıbov III yeri qazanmışdir. 65 kq. cəki dərəcəsinin birincisi Samir Osmanov, ikincisi Rəsul Fərəcli, üçüncüsü Nurlan Qasımov olmuşdur. 75 kq. cəki dərəcəsində Elvin Seyidov I, Tural Seyidzadə II,
Qapılara 46 qol vuruldu

Qapılara 46 qol vuruldu

25 fevral 2012
//
Oxunub: 1674 şərhlər 0
Yanvar ayının 16-da İsmayıllı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Olimpiya-İdman Kompleksində yeniyetmə və gənclər arasında futzal üzrə rayon birinciliyi keçirmişdir. Birincilik 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmişdir. Birincilikdə Olimp, Aşağıbaş, İsmayıllı, Günəşli, Kəpənək, Təzəkənd və ümumilikdə 16 komanda iştirak etmişdir. Tədbiri giriş sözü ilə rayon Gənclər və İdman İdarəsinin rəisi E.Nəcəfli açmışdır. 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edildikdən sonra yarışa start verilmişdir. Yarış olimpiya (uduzan çıxır) sistemi üzrə keçirilmişdir. Yarışda qapılara 46 qol vurulmuşdur. Gərgin və maraqlı mübarizədən sonra I yeri Olimp, II yeri İsmayıllı, III yeri Təzəkənd komandası tutmuşlar. Qaliblər təşkilatçı idarənin diplomları və qiymətli hədiyyələri ilə təltif olunmuşlar.
Doğma dilim, sən ki varsan...

Doğma dilim, sən ki varsan...

25 fevral 2012
//
Oxunub: 21256 şərhlər 218
İlk dəfə gözümüzü həyata açanda başımızın üstündə əziz, mehriban və doğma bir insanı anamızı görmüşük. Bizə can da, qan da verən bu müqəddəs varlıq olub. Onun zərif qolları üzərində rahatlanmış, şirin laylalarını eşidə-eşidə yuxuya getmişik. Anamızın çaldığı laylalarla dünyanın bütün gözəllikləri, həyatın şirinliyi canımıza, qanımıza hopub: Laylay dedim yatasan, Qızılgülə batasan. Qızılgüllər içində Şirin yuxu tapasan. Laylay, bülbülüm, laylay, Körpə sünbülüm, laylay.
Başlıca məqsəd

Başlıca məqsəd

25 fevral 2012
//
Oxunub: 1783 şərhlər 1
Məktəbimizdə Ümumi təhslin müasir kurikulumları və yeni pedaqoji texnologiyalar mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransda RTŞ-nin metodika kabinetinin müdiri H.Əsədov və ibtidai siniflər üzrə metodist A.Bağıyeva iştirak etdi. İbtidai siniflərdə keçirilən açıq dərslərdən sonra konfransı məktəbin direktoru R.Dadaşov açdı.Çıxışının sonunda o, 2011-ci dərs ilinin məktəbimiz üçün uğurlu olmasını söylədi.
Fikir mübadiləsi etmişlər

Fikir mübadiləsi etmişlər

25 fevral 2012
//
Oxunub: 2884 şərhlər 1
Azərbaycanda təhsilin dünya standartları səviyyəsinə çatdırılması üçün müxtəlif tədbirlər,axtarışlar, eksperementlər aparılır, təcrübə mübadilələri
------------ -----------
Free counters!