ABŞ-dan İsmayıllıya: yeni əlaqələr, yeni imkanlar

ABŞ–ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlonun İsmayıllıya səfəri rayonun iqtisadi, turizm və investisiya potensialının təqdim olunması, yeni əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyətli olub.

Müvəqqəti işlər vəkili E.Karlonla birgə gələn nümayəndə heyəti İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov tərəfindən qəbul edilib. Görüşdə İsmayıllının iqtisadi və turizm potensialı, investisiya imkanları, yerli istehsalın inkişafı və gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı rayonun mövcud imkanları ilə yanaşı, gələcək inkişaf perspektivləri də diqqət mərkəzində olub. Xüsusilə turizm, kənd təsərrüfatı, yerli istehsal və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlar müzakirə edilib.

Səfər çərçivəsində nümayəndə heyəti İsmayıllıda fəaliyyət göstərən Coca-Cola istehsal müəssisəsinə baş çəkib, Chabiant Winery ilə tanış olub. Proqramın digər ünvanı Azərbaycanın zəngin tarixi-mədəni irsini özündə yaşadan Basqal qəsəbəsi olub.

Xarici qonaqların İsmayıllıya səfəri zamanı rayonun yalnız təbii gözəllikləri və turizm imkanları deyil, həm də istehsal, sahibkarlıq və investisiya potensialı təqdim olunub. Bu baxımdan səfər İsmayıllının iqtisadi və sosial imkanlarının beynəlxalq tərəfdaşlara çatdırılması baxımından diqqətçəkən olub.

İsmayıllının zəngin təbiəti, tarixi-mədəni irsi, inkişaf edən turizm infrastrukturu və yerli istehsal imkanları rayonu yeni əməkdaşlıqlar üçün perspektivli məkana çevirir. Keçirilən görüş və səfər proqramı da qarşılıqlı əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və gələcəkdə müxtəlif layihələrin həyata keçirilməsi üçün imkanların nəzərdən keçirilməsi baxımından əhəmiyyət daşıyır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir