Yeni tədris iliniz mübarək!

15 Sentyabr – Bilik Günü, yeni tədris ilinin başlaması münasibətilə məktəblərimizdə tədbirlər keçirilib.

Yeni tədris ilinə böyük ümidlər, xoş arzular və yeni hədəflərlə qədəm qoyuruq. İnanırıq ki, ötən illərdə qazandığımız uğurlar bu il daha böyük nailiyyətlərlə davam edəcək, şagirdlərimiz bilik və bacarıqları ilə İsmayıllı təhsilinin adını daha da yüksəklərə ucaldacaqlar.

Müəllim və  şagirdlərimizə yeni tədris ilində bol-bol uğur, yüksək nəticələr, böyük nailiyyətlər və təhsil zəfərləri arzulayırıq!

Təhsilə can qoyan və təhsilə can atanları Bilik Günü münasibətilə ürəkdən təbrik edir, hər birinə ilin uğurlu və yaddaqalan olmasını diləyirik!

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir