İsmayıllı şagirdlərindən dörd medal

   

İsmayıllı rayonunun təhsil ictimaiyyətinə daha bir sevindirici xəbəri çatdırırıq. Rayon şagirdləri əvvəlki illərdə əldə olunan uğurların davamını gətirərək 3 qızıl və 1 gümüş nişan qazanıblar.

Qızıl nişana İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Əli Umudov, şəhər 3 nömrəli məktəb-liseyin şagirdi Gülay Zərbiyeva və Qalacıq kənd tam orta məktəbinin şagirdi Fidan Qardaşova layiq görülüblər.

İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Almarə İsgəndərova isə gümüş nişan qazanıb.

Bu nəticə rayonun ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinə, şagirdlərin yüksək hazırlıq səviyyəsinə və müəllim əməyinə verilən növbəti qiymətdir.

Qazanılan uğur münasibətilə şagirdləri, onların valideynlərini və müəllimlərini, eləcə də rayonun bütün təhsil ictimaiyyətini təbrik edir, yeni nailiyyətlər arzulayırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir