Tələblərə uyğun məsuliyyətlə

 

İsmayıllı Rayon İcra Hakimiyyətində rayon sakinlərinin müraciətlərinin dinlənilməsi və yerli məsələlərin həlli məqsədilə növbəti vətəndaş qəbulu keçirilib.

Qəbulda rayonun idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər. Sakinlər onları narahat edən məsələləri, müxtəlif sosial və məişət problemləri ilə bağlı müraciət və təkliflərini diqqətə çatdırıblar.

Müraciətlərin hər biri ayrı-ayrılıqda dinlənilib, qaldırılan məsələlərin həlli imkanları və aidiyyəti araşdırılıb. Vətəndaşların müraciətlərinin operativ şəkildə nəticələndirilməsi məqsədilə aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib, onların icrasının qanunvericiliyin tələblərinə uyğun və məsuliyyətlə təmin olunması diqqətə çatdırılıb.

Vətəndaş qəbulları rayon sakinlərinin problemlərinin birbaşa dinlənilməsi, müraciətlərin yerindəcə qiymətləndirilməsi və onların həlli istiqamətində çevik tədbirlərin görülməsi baxımından mühüm əhəmiyyət daşıyır.

İsmayıllı xəbərləri”

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir