İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun Milli Mətbuat Günü münasibətilə təbriki
Hörmətli media nümayəndələri, dəyərli qələm sahibləri, Sizi 22 İyul – Milli Mətbuat Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Mətbuat cəmiyyətin etibarlı informasiya mənbəyi, ictimai rəyin formalaşmasında mühüm rol oynayan təsirli vasitədir. Dünyanın müxtəlif ölkələrində media fərqli şəraitdə fəaliyyət göstərsə də, onun əsas missiyası dəyişməz qalır – cəmiyyəti obyektiv, operativ və dürüst informasiya ilə təmin etmək.
Peşəkar fəaliyyəti, yüksək məsuliyyəti və fədakar əməyi ilə ictimaiyyətin düzgün məlumatlandırılmasına verdiyiniz töhfələrə görə hər birinizə təşəkkürümü bildirirəm.
Sizə fəaliyyətinizdə yeni uğurlar, möhkəm cansağlığı və tükənməz enerji arzulayıram.
Milli Mətbuat Gününüz mübarək!

