Onun ideyaları gələcək nəsillər üçün örnəkdir

 

 

İsmayıllı Rayon İcra Hakimiyyətinin və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 14 İyul – Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin ildönümünə həsr olunmuş “Dövlətçilik yolunda böyük başlanğıc” adlı tədbir keçirilib.

Əvvəlcə Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş şəkillərdən ibarət sərgiyə baxış keçirilib.

Dövlət Himni səsləndirilib və  Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətini, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində göstərdiyi misilsiz xidmətləri əks etdirən videoçarx nümayiş olunduqdan sonra çıxış edənlər Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli həmrəyliyin təmin olunması, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafı istiqamətində həyata keçirdiyi tarixi xidmətlərdən bəhs ediblər. Bildirilib ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizin hərtərəfli inkişafına, beynəlxalq nüfuzunun daha da artmasına mühüm töhfələr verir.

Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsinin xalqımız üçün əbədi dəyər daşıdığını vurğulayaraq, onun ideyalarının gələcək nəsillər üçün daim örnək olduğunu qeyd ediblər.

“İsmayıllı xəbərləri”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir