Müraciətlər operativ araşdırılır

Vətəndaş müraciətlərinin operativ araşdırılması, sakinləri narahat edən məsələlərin yerində öyrənilməsi və onların qanunvericiliyin tələblərinə uyğun həllinə nəzarətin gücləndirilməsi məqsədilə İsmayıllı Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib.

Qəbulda rayonun idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər. Görüş zamanı rayon sakinlərinin müxtəlif məzmunlu müraciətləri diqqətlə dinlənilib, onları narahat edən məsələlər ətraflı araşdırılıb və hər bir müraciət üzrə müvafiq qeydlər aparılıb.

Qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun və qısa müddətdə həll edilməsi istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Həlli əlavə araşdırma tələb edən müraciətlər nəzarətə götürülərək icrası üçün məsul şəxslərə həvalə olunub.

Qəbul zamanı vətəndaş məmnunluğunun təmin edilməsinin, müraciətlərə həssas yanaşılmasının və sakinlərlə açıq dialoqun dövlət idarəçiliyində əsas prinsiplərdən biri olduğu vurğulanıb. Bildirilib ki, rayon sakinlərinin müraciətlərinin operativ həlli və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində tədbirlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəkdir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir