RİH-də növbəti vətəndaş qəbulu

 

Vətəndaş müraciətlərinə həssas yanaşılması, əhalini narahat edən məsələlərin yerində araşdırılması və operativ həlli dövlət-vətəndaş münasibətlərinin mühüm tərkib hissəsidir. Bu məqsədlə İsmayıllı Rayon İcra Hakimiyyətində sakinlərlə mütəmadi görüşlər və vətəndaş qəbulları davam etdirilir.

İsmayıllı Rayon İcra Hakimiyyətində rayonun idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə növbəti vətəndaş qəbulu keçirilib. Qəbul zamanı rayon sakinlərinin müraciətləri diqqətlə dinlənilib, onları narahat edən məsələlər ətraflı araşdırılıb.

Sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyi bildirilib, aidiyyəti qurumların rəhbərlərinə müraciətlərə operativ və məsuliyyətlə yanaşılması, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə həll edilməsi ilə bağlı tapşırıqlar verilib.

Qeyd olunub ki, vətəndaş məmnunluğunun təmin edilməsi, müraciətlərin vaxtında araşdırılması və insanların problemlərinin həlli istiqamətində ardıcıl tədbirlərin görülməsi bundan sonra da İsmayıllı Rayon İcra Hakimiyyətinin fəaliyyətində əsas prioritetlərdən biri olacaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir