Görüş yeri Xəlilli kəndi olub
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun vətəndaşlarla növbəti səyyar qəbul-görüşü Xəlilli kəndində keçirilib.
Səyyar qəbulda rayonun idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Rayon rəhbəri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş məmnunluğunun təmin olunması, dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq rayonun bütün yaşayış məntəqələrində sakinlərlə birbaşa görüşlər ardıcıl şəkildə davam etdirilir. Bu görüşlərin əsas məqsədi vətəndaşların müraciətlərini yerində dinləmək, problemlərinin operativ həllinə nail olmaq və dövlət orqanları ilə vətəndaşlar arasında səmərəli dialoqu daha da möhkəmləndirməkdir.
Qəbul zamanı Xəlilli kənd sakinlərinin müraciət və təklifləri diqqətlə dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerində həllini tapıb, digər müraciətlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib. Əlavə araşdırma tələb edən məsələlər isə nəzarətə götürülərək icrası təmin olunmaq üçün qeydiyyata alınıb.
Görüşdə sakinlər kəndin sosial-iqtisadi inkişafı istiqamətində son illər həyata keçirilən layihələri yüksək qiymətləndirərək, onların gündəlik həyat şəraitinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Səyyar qəbullar vətəndaşların müraciətlərinə həssas yanaşılmasının, onların problem və təkliflərinin yerində öyrənilməsinin, dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimadın möhkəmləndirilməsinin mühüm vasitələrindən biridir. İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun, operativ və obyektiv şəkildə həlli istiqamətində zəruri tədbirlər ardıcıl olaraq davam etdirilir.
“İsmayıllı xəbərləri”


