Tibbi xidmətin keyfiyyətinin daha da yüksəldilməsinə töhfə
11 iyul 2026-cı il tarixində Qəbələ şəhərində Milli Pediatriya Dərnəyinin təşkilatçılığı, TƏBİB və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə elmi-praktik pediatriya konfransı keçirilib.
Konfrans pediatriya sahəsində aktual mövzuların müzakirəsi, müasir tibbi yanaşmaların paylaşılması və həkimlər arasında peşəkar əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyıb.
Tədbir proqramı çərçivəsində elmi və praktik əhəmiyyət daşıyan məruzələr təqdim olunub, real klinik hallar müzakirə edilib, müasir diaqnostika və müalicə üsulları barədə ətraflı məlumat verilib. Eyni zamanda, iştirakçılar mütəxəssislərlə fikir mübadiləsi aparmaq, interaktiv diskussiyalarda iştirak etmək və peşəkar inkişaf üçün yeni bilik və təcrübələr əldə etmək imkanı qazanıblar.
Konfransda İsmayıllı Rayon Mərkəzi Xəstəxanasını Yenidoğulmuşların intensiv terapiya bölməsinin müdiri, neonatoloq həkim Gülər Babayeva və pediatr Aytən Əliyeva təmsil ediblər.
İsmayıllı Rayon Mərkəzi Xəstəxanası əməkdaşlarının bu cür elmi-praktik tədbirlərdə iştirakı onların peşəkar bilik və bacarıqlarının artırılmasına, həmçinin pasiyentlərə göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yüksəldilməsinə töhfə verir.
Leyla Əliyeva

