Mövzu ətrafında fikir mübadiləsi aparılıb
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinin tibb heyəti üçün “Hamilə və yenidoğanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda təlim təşkil olunub.
Təlimin əsas məqsədi hamilə qadınlar və yenidoğanlarda baş verə biləcək həyati təhlükəli təcili halların vaxtında tanınması, düzgün qiymətləndirilməsi və operativ tibbi yardımın göstərilməsi sahəsində tibb işçilərinin bilik və bacarıqlarının artırılması olub.
Tədbirdə ginekoloq həkim Gülpəri Şahmuradova çıxış edərək hamiləlik və doğuş zamanı rast gəlinən təcili vəziyyətlər, ana və yenidoğanın həyatının qorunmasına yönəlmiş müasir tibbi yanaşmalar, ilkin müdaxilə prinsipləri və təcili yardım alqoritmləri barədə ətraflı məlumat verib.
Təlim iştirakçıları ilə mövzu ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Belə maarifləndirici təlimlərin keçirilməsi tibb personalının peşəkar bilik və bacarıqlarının inkişaf etdirilməsinə, göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yüksəldilməsinə xidmət edir.
L.Əliyeva

