Yerli mediaya diqqət
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan İsmayılı Uşaq və Ailələrə Dəstək Mərkəzində 22 İyul – Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Mərkəzin ekspert qrupunun fəalları və yerli medianın nümayəndələri iştirak edib. Əlaqəli əməkdaşlığın davam etdirilməsi alqışlanıb.
Yekunda iştirakçıların hər birinə Mərkəzin Təşəkkürnamə və qiymətli hədiyyələri verilib. Media mənsublarına Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin Fəxri fərmanı və qiymətli hədiyyələri də təqdim olunub.
R.Həsənov

