İsmayıllı gəncləri üçün panel müzakirəsi keçirilib

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan regional nümayəndəliyinin İsmayıllı bölməsinin təşkilatçılığı ilə “CareerLAB” şəbəkəsi çərçivəsində “Öz peşənin peşəkarı ol” mövzusunda panel müzakirəsi keçirilib. Moderator qismində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan regional nümayəndəliyinin İsmayıllı bölməsinin mütəxəssisi Leyla Cavadlı, spiker qismində isə İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Cəlil Bağırov, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının İdarə Heyətinin üzvü Ülvi Osmanlı iştirak ediblər.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin  və İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə tərəfdaşlığı ilə keçirilən tədbirdə “Fərqlənən müəllim olmaq: Uğurlu karyeranın açarları”, “Peşəmdə necə əvəzolunmaz olum? Orta səviyyəli işçidən peşəkara keçid”, “Ustadlıqdan Peşəkarlığa: Əlinin işini sənətə çevir” mövzularında fikir mübadiləsi aparılıb və gənclərə dəyərli tövsiyələr verilib. Çıxışların sonunda gənclərin sualları spikerlər tərəfindən cavablandırılıb.  Layihənin məqsədi gənclərin təhsil aldıqları ixtisaslar  barədə məlumatlılığının artırılması, gənclərin karyera planlamasına dəstək göstərilməsi və onların şəbəkələşməsini təmin etməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir