Qarşıya qoyulan məqsəd
Aprel ayının birinci günündə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonun bir sıra idarə, müəssisə və xidmət təşkilatı rəhbərlərinin iştirakı ilə növbəti vətəndaş qəbulunu keçirib. Fərdi qaydada keçirilən qəbul zamanı rayon sakinlərinin müraciətləri diqqətlə dinlənilib. Vətəndaşların narahatlığına səbəb olan hər bir məsələ araşdırıldıqdan sonra müvafiq qərarlar qəbul olunub. Aidiyyəti şəxslərə problemlərə məsuliyyətlə yanaşılması və onların operativ şəkildə aradan qaldırılması tapşırılıb.
Qeyd edək ki, sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində aparılan söhbət və araşdırmalar, eləcə də göstərilən diqqət və qayğı böyük razılığa səbəb olur. Müntəzəm keçirilən qəbullarda qarşıya qoyulan məqsəd də məhz elə budur.
“İsmayıllı xəbərləri”


