Sağlam dialoq mühiti formalaşır

 

Səyyar qəbullar dövlət-vətəndaş münasibətlərində mühüm körpü rolunu oynayır. Bu cür görüşlər əhalinin problemlərinin yerində öyrənilməsi, operativ şəkildə həll yollarının müəyyənləşdirilməsi və idarəetmədə şəffaflığın artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

İsmayıllı rayonunun Qalagah kəndində keçirilən növbəti səyyar qəbul da bu məqsədlərə xidmət edərək sakinlərin müraciətlərinin birbaşa dinlənilməsinə imkan yaradıb.

Görüş zamanı İsmayıllı Rayon  İcra Hakimiyyətinin başçısı Nahid Bağırov tərəfindən vətəndaşların müxtəlif sahələri əhatə edən müraciətləri diqqətlə dinlənilib. Sosial rifah, infrastruktur, məşğulluq və digər aktual məsələlərlə bağlı səsləndirilən problemlər yerində qeydə alınıb. Araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq onların həlli istiqamətində müvafiq qurumlara konkret tapşırıqlar verilib. Bu isə onu göstərir ki, səyyar qəbullar formal xarakter daşımır, əksinə, real nəticələrə yönəlmiş praktik addımlarla müşayiət olunur.

Səyyar qəbulların əsas üstünlüklərindən biri də vətəndaşların dövlət qurumlarına əlçatanlığının artırılmasıdır. Rayon mərkəzindən uzaq kənd və qəsəbələrdə yaşayan insanlar üçün bu cür görüşlər öz problemlərini birbaşa məsul şəxslərə çatdırmaq imkanı yaradır. Nəticədə, vətəndaş məmnunluğu artır, ictimai etimad möhkəmlənir və sosial məsələlərin həllində çeviklik təmin olunur.

Qalagah kəndində keçirilən qəbul bir daha sübut edib ki, yerli problemlərin yerində öyrənilməsi onların daha səmərəli həllinə zəmin yaradır. Sakinlərin müraciətlərinə həssas yanaşma, hər bir məsələnin diqqətlə araşdırılması və konkret tədbirlərin müəyyənləşdirilməsi bu prosesin effektivliyini artırır. Eyni zamanda, bu yanaşma dövlət siyasətinin vətəndaşyönümlü xarakter daşıdığını aydın şəkildə nümayiş etdirir.

Qəbul olunmuş haldır ki, səyyar qəbulların davamlı təşkili regionların inkişafı və sosial problemlərin aradan qaldırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu görüşlər vasitəsilə vətəndaşların səsi daha tez eşidilir, onların gündəlik qayğılarına operativ reaksiya verilir və cəmiyyətlə dövlət arasında sağlam dialoq mühiti formalaşır.

Ş.Soltanov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir