Yeni yaşıllıq zolaqları salınıb

 

İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə rayonda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası təşkil olunub.

Aksiyada İsmayıllı Rayon İcra Hakimiyyətinin kollektivi, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və əməkdaşları, eləcə də  ictimaiyyət nümayəndələri fəal iştirak ediblər.

Tədbir çərçivəsində ərazidə yeni yaşıllıq zolaqları salınıb, abadlıq və təmizlik işləri aparılıb, aqrotexniki qaydalara uyğun əkilən ağacların suvarılması da təmin edilib.

Bu cür aksiyalar rayonun ekoloji mühitinin yaxşılaşdırılmasına və yaşıllıq sahələrinin genişləndirilməsinə mühüm töhfə verir.

İsmayıllı xəbərləri”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir