Lazımi tədbirlər görülməkdədir

Vətəndaşlarla səyyar qəbul-görüşümüzü Ağbulaq kəndində keçirdik, – deyə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov özünün sosial şəbəkə səhifəsində paylaşım edib.

Başçı bildirib ki, Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rəhbərlik etdiyi rayonun kənd və qəsəbələrində, eləcə də İsmayıllı şəhərinin ayrı-ayrı məhəllələrində vətəndaşların səyyar qəbulu davam edir.

Ağbulaq kəndində keçirilən qəbulda da vətəndaşların müraciətləri diqqətlə dinlənilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq həlli üçün müvafiq tapşırıqlar verilib.

Səyyar qəbullar zamanı sakinlərin müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülməkdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir