İmmunlaşdırma həftəsi

 

Bir sıra yoluxucu xəstəliklərin qarşısının alınmasında profilaktik peyvəndlərin böyük rolu var. “Yoluxucu xəstəliklərin immunoprofilaktikası  haqqında” Qanuna və Milli peyvənd təqviminə uyğun olaraq hal-hazırda ölkəmizdə 9 peyvənd materialı ilə 11 yolxucu xəstəliyə qarşı immunlaşma tədbiri aparılır. İmmunlaşdırma nəticəsində bəzi xəstəliklərin qeydə alınmamış, bəziləri isə kəskin surətdə azalmışdır. Əhali arasında geniş səhiyyə maarifi  işləri aparılmaqla uşaqların əksəriyyətinin peyvəndə gətirilməsi təmin olunsa da bu işə biganə yanaşan, əsaslı səbəb olmadan peyvənddən imtina edən valideynlər də var.  Bundan başqa müvəqqəti tibbi əks-göstərişə görə qrafikə uyğun peyvənd olunmayanlar sonradan  müraciət etmirlər. Bu isə xəstəliklərin yayılması təhlükəsini yaradır.

Qeyd olunanları nəzərə alaraq  Azərbaycan Respublikas Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsünə qoşularaq 2026-cı ilin 19-25 aprel tarixlərində Respublikada “İmmunlaşdırma həftəsi” keçirilməsi haqqında 15 aprel 2026-cı ildə 3-28/3-1-216/2026 saylı əmr vermişdir. Həmin əmrlə peyvənd işi aparılan tibb müəssisələrinə tapşırılmışdır ki, hər hansı səbəbdən immunlaşdırmadan kənarda qalmış uşaqların həftə ərzində peyvəndlərə cəlb edilməsi təmin edilsin. Bununla əlaqədar səhiyyə müəssisələri hazırlıq işlərinə başlamışlar. Bu sahədə valideynlərin də üzərinə böyük məsuliyyət düşür.

Əgər sizin uşağınız Peyvənd təqviminə uyğun hər hansı  peyvəndi almayıbsa, onda ərazi tibb müəssisəsinə müraciət etməklə onu vaksinasiya etdirin. Bununla da həm uşağınızı, həm də ətrafda yaşayanları yolxucu xəstəliklərdən qorumuş olarsınız.

 

Profilaktik  peyvənd  təqvimi

 

  1-ci 12 saat ərzində  2 ay 3 ay 4 ay  6 ay 12 ay 18 ay 6 yaş
HepB +              
BCG +              
OPV         +   +  
Heksavaksin   + + +        
Pnevmakok   +   + +      
QPM           +   +
GDT             +  
DT               +

Xanlar Qəmbərov,

İsmayıllı rayon  GEM-nin direktoru       

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir