Təhsildə çalışan qadınlar diqqətdə olub                 

 

İsmayıllı rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin təşkilatçılığı, Rayon Təhsil Sektoru və Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə əməkdaşlığı ilə baş tutub.

Tədbirin əsas mahiyyəti rayonun təhsil müəssisələrində çalışan şəhid anaları və şəhid ailə üzvləri ilə təhsil işçilərinin görüşü olub. Görüşdə İsmayıllı Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası İsmayıllı Rayon təşkilatının əməkdaşları, şəhid anaları, qabaqcıl təhsil işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçılarının canlı ifası ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbir zamanı məktəblilərin ifasında şəhidlərə, qadınlara, müəllimə həsr olunmuş şeirlər, kompozisiyalar, və musiqi nömrələri təqdim edilib. Çıxış edənlər Azərbaycan qadınlarının tarixi keçmişdən bu günə qədər dövlətçiliyə, mədəniyyət, incəsənət və digər sahələrdə göstərdiyi nümunəvi xidmətlərdən danışaraq 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycanın birinci vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva başda olmaqla bütün Azərbaycan qadınlarını, xüsusi ilə təhsil sahəsində çalışan xanımları təbrik ediblər.

Sonda rayonun təhsil müəssisələrində çalışan bir qrup şəhid anaları və ailə üzvləri Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsi tərəfindən mükafatlandırılıb.

Ü.Cəbiyeva             

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir