Yel çərşənbəsi böyük coşqu ilə qeyd olunub
İsmayıllının Lahıc qəsəbəsində Yel çərşənbəsi münasibətilə bayram tədbiri təşkil olunub. Qəsəbədəki mərkəzi meydanda milli adət-ənənələri əks etdirən, xüsusi zövqlə bəzədilmi bayram xonçaları, süfrələr nümayiş etdirilib, tonqal qalanıb.
Heydər Əliyev adına İsmayıllı Rayon Mədəniyyət Mərkəzi və “Lahıc” folklor qurupu geniş konsert proqramı ilə çıxış edib. Novruz personajları olan Keçəl və Kosa tədbir iştirakçılarını əyləndirərək təbrik ediblər. İvanovka kəndinin “Slovyanoçka” folklor qurupunun çıxışı bolgəmizdə multikultural dəyərlərin yüksəkdə durmasını bir daha təsdiq edib. Oxunan mahnılar, ifa olunan rəqslər, göstərilən səhnəciklər alqışlarla qarşılanıb.
Yel çərşənbəsi şənliyi kimi keçirilən tədbirdə rayonun rəhbər işçiləri, hüquq mühafizə orqanlarının məsul əməkdaşları, qəsəbəyə yaxın kəndlərdən gələnlər də iştirak edib.
Keçirilən tədbir iştirakçılara əsil bayram ovqatı yaşadıb.
“İsmayıllı xəbərləri”


