Vətəndaşlarla səyyar qəbul-görüşümüzü Keyvındi kəndində keçirdik, – deyə İsmayıllı Rayon İcra hakimiyyətinin başçısı Nahid Bağırov özünün sosial şəbəkə səhifəsində paylaşım edib.

Başçı qeyd edib ki, görüş-qəbulların keçirilməsi Prezident cənab  İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonun əksər kənd və qəsəbələrində, eləcə də şəhərin ayrı-ayrı məhəllələrində vətəndaşların iştirakı ilə davam etdirilir.

Kəlbənd kəndində keçirilən qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb.

Səyyar qəbulda müxtəlif məsələlərlə bağlı müraciətlərin, ərizə və şikayətlərin müsbət həll olunması üçün tədbirlər görüldüyünü və bu işin başlıca vəzifə olduğunu vurğulayan başçı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verildiyini deyib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir