Rayonun atletləri ilə görüş keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə rayonun atletika idman növü üzrə yüksək nailiyyətlər qazanmış idmançıları ilə görüş keçirib. Görüş zamanı onların qazandıqları uğurlar, beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etmələri və gələcək hədəfləri ətrafında fikir mübadiləsi aparıb.
Başçı milli komandanın üzvlərindən – Şamxal Həsənzadəyə (Uzunluğa tullanma üzrə U 16 və U 18 kateqoriyalarında üçqat ölkə çempionu, Asiya Oyunlarının IV iştirakçısı), Mehdi Abaszadəyə (Qısa məsafələrə qaçış üzrə U16 və U18 6 qat ölkə çempionu, Asiya Oyunlarında 200 metr məsafədə bürünc medalçı), Zəhra Şiraliyevaya (Orta və uzaq məsafələrə qaçış üzrə U 16 və U 18 7 qat ölkə çempionu), Xatirə Hidayətzadəyə (kross qaçışı üzrə 3 qat ölkə çempionu) və Rəqsanə Atalıya (U16 kateqoriyasında uzunluğa tullanma və nüvə itələmə üzrə bürünc medalçı) yeni yarışlarda daha yüksək uğurlar arzulayıb.
Başçı bildirib ki, gənclərimizin hər bir uğuru rayonumuzun idman potensialının və sağlam gələcəyinin göstəricisidir. Onların əzmi və zəhməti xüsusilə təqdirəlayiqdir.
Qəbul zamanı başçı gənclərimizin idman sahəsində qazandığı nailiyyətlərə görə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinə, bütün məşqçi-müəllimlərə, o cümlədən Bənövşə İsmayılovaya səmimi təşəkkürümü bildirib.

