Gənclər siyasəti uğurla həyata keçirilir    

 

İsmayıllı şəhəri internat tipli “Talıstan” liseyində İsmayıllı Rayon İcra Hakimiyyəti, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi, İsmayıllı Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon Komitəsinin dəstəyi ilə 2 Fevral-Azərbaycan Gəncləri Günü münasibətilə “Təhsildə gənclik enerjisi” adlı tədbirdə  gənc müəllimlərlə görüş keçirilib.

Tədbir öncəsi İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Nahid Bağırovun iştirakı ilə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri qoyulub. Daha sonra bir qrup tədbir iştirakçısı İsmayıllı rayonundakı Şəhidlər xiyabanını ziyarət edib.

Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov və idarə əməkdaşları, YAP-ın İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri, təcrübəli və gənc müəllimlər iştirak ediblər.

Çıxış edənlər gəncləri əlamətdar gün münasibətilə təbrik edərək, ölkəmizdə gənclər siyasətinin uğurla həyata keçirildiyini, gənclərin təhsil sahəsində fəallığının və təşəbbüskarlığının daim dəstəkləndiyini qeyd ediblər. Çıxışlar zamanı gənc müəllimlərin təhsilin inkişafında rolu, onların bilik və bacarıqlarının artırılmasının əhəmiyyəti, müasir tədris metodlarının tətbiqi və innovativ yanaşmaların vacibliyi vurğulanıb.

Tədbirin keçirilməsində məqsəd 2 Fevral – Azərbaycan Gəncləri Gününün qeyd olunması, gənc müəllimlərin cəmiyyətdə və təhsil sistemində rolunu ön plana çəkmək, onların peşəkar inkişafına dəstək göstərmək, təhsil sahəsində innovativ yanaşmaların tətbiqini təşviq etmək, eləcə də gənc müəllimlər arasında təcrübə mübadiləsinin və qarşılıqlı fikir müzakirəsinin aparılmasına şərait yaratmaqdan ibarət olub.

Ülvi Osmanlı  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir