Növbəti vətəndaş qəbulu keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahmud Süleymanov növbəti qəbul günündə müəyyən çətinliklərlə üzləşmiş rayon sakinlərini qəbul edərək, onları narahat edən məsələlərlə yaxından tanış olub, onların müraciət və təkliflərini dinləyib.
Müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
“İsmayıllı xəbərləri”


