Qəbullar razılığa səbəb olur
Fevral ayının 18-də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonun bir sıra idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə növbəti vətəndaş qəbulu keçirib.
Vətəndaşlar fərdi qaydada qəbul olunub. Qəbul zamanı rayon sakinlərinin müraciətləri diqqətlə dinlənilib.
Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyi bildirilib. Vətəndaş müraciətlərinin bir qismi yerindəcə həllini tapıb. Həlli araşdırma və vaxt tələb edən məsələlər qeydiyyata alınıb. Aidiyyəti şəxslərə problemlərə operativ və məsuliyyətlə yanaşılması tapşırılıb.
Səmimi qəbul vətəndaşların böyük razılığına səbəb olub.


