Təşəkkür və minnətdarlıq doğuran görüşlər              

 

Bu qeydlər İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun sosial şəbəkə səhifəsindən götürülüb: “Vətəndaşlarla səyyar qəbul-görüşümüzü Girk kəndində keçirdik.

Cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonumuzun kənd və qəsəbələrində vətəndaşların səyyar qəbulu davam edir.

Keçirilən qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənildi, araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq həlli üçün müvafiq tapşırıqlar verildi.

Səyyar qəbullar zamanı sakinlərimizin müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görülür, müvafiq tapşırıqlar verilir”.

Onu da qeyd edək ki, keçirilən hər bir görüş-qəbul dövlət-vətəndaş məmnunluğu baxımından olduqca əhəmiyyətlidir. Bu fikri görüşlərdən sonra ölkə rəhbəri, cənab İlham Əliyevə edilən təşəkkür və minnətdarlıqlar təsdiqləyir.

İsmayıllı xəbərləri”

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir