İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Nahid Bağırova

Hörmətli Nahid müəllim!
Sizin İsmayıllı şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbində vətəndaşlarla görüşdə məktəbdən təqribən 5 kilometr məsafədə olan ərazidən övladlarımızın məktəbə gəlişində problemlər olması və nəqliyyat vasitəsi ilə daşınmanın zəruriliyi məsələsi də digər görülməli işlərlə bərabər həllini tapması üçün biz valideynlər tərəfindən müraciət edilmişdi.
Sizin, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı Rayon Təhsil Sektorunun məsələyə operativ reaksiyası nəticəsində 5 yanvar 2026-cı il tarixindən övladlarımız məktəbə avtobusla aparılır. Bu, həmin şagirdlərin saatlarla yolda vaxt itirməsinin, dərsə gecikmənin qarşısını alır və davamiyyətin yüksəlməsinə müsbət təkan verir. Həmçinin saatlarla uşaqların piyada yol gəlməsi ilin soyuq fəsillərində müxtəlif xəstəliklərə səbəb olurdu ki, bu problem də öz həllini tapdı.
Sizə və bu işdə əməyi olan digər kəslərə problemin belə operativ həll edilməsinə görə dərin minnətdarlığımızı bildiririk.
Hörmətlə:
İsmayıllı şəhərinin “Tingçilik” adlanan ərazisində yaşayan bir qrup valideyn
