Bəzi istəklər yerindəcə reallaşıb
İsmayıllı Rayon İcra Hakimiyyətində rayonun idarə, müəssisə və xidmət təşkilatları rəhbərlərinin iştirakı ilə yeni ilin ilk vətəndaş qəbulu keçirilib. Fərdi qaydada keçirilən qəbulda sakinlərin müraciətləri diqqətlə dinlənilib.
Sakinləri narahat edən məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyi bildirilib və aidiyyəti məsul şəxslərə problemlərə məsuliyyətlə yanaşılması tapşırılıb. Vətəndaşların bəzi istəkləri yerindəcə reallaşıb.


