Onlar ölkə birincisidir
Dekabrın 14-də Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı Sektorunda cüdo və pankration idman növləri üzrə ölkə birinciliyində qalib olmuş məktəblilərlə görüş keçirilib.
Görüşdə təhsil sektorunun müdiri Rəşid Məmmədov qalib şagirdləri təbrik edərək onlara uğurlar arzulayıb. Eyni zamanda hər iki şagirdin yarışla bağlı təəssüratları və gələcək planları dinlənilib.
Cüdo idman növü üzrə 14 yaşlı qızlar arasında qalib olmuş şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdi Nərgiz Fərzəliyeva və pankration idman növü üzrə qalib – İsmayıllı şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdi Cavid Osmanov Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov tərəfindən Diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Elvin Əliyev

