Məqsəd vətəndaş-dövlət məmnunluğuna nail olmaqdır
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Nahid Bağırovun vətəndaşlarla növbəti səyyar qəbul-görüşü Qalacıq kəndində keçirilib.
Cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonun kənd və qəsəbələrində vətəndaşların səyyar qəbulu davam etdirilir.
Sentyabrın 8-də keçirilən qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq həlli üçün müvafiq tapşırıqlar verilib.
Səyyar qəbullar zamanı sakinlərimizin müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün təxirəsalınmaz tədbirlər görülür, müvafiq tapşırıqlar verilir. Bu kimi görüşlərdə məqsəd vətəndaş-dövlət məmnunluğuna nail olmaqdır.


