Səyyar görüşlər ənənə halını alıb      

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Nahid Bağırov vətəndaşlarla növbəti səyyar qəbul-görüşümüzü Talıstan kəndində keçirdik, – deyə özünün sosial şəbəkə səhifəsində paylaşım edib.

Başçı bildirib ki, bu qəbilədən olan toplantılar Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonun əksər yaşayış məntəqələrində, eləcə də şəhərin ayrı-ayrı məhəllələrində vaxtaşırı keçirilir.

Sözügedən qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb və müsbət həlli üçün müvafiq tapşırıqlar verilib.

Səyyar qəbullar zamanı sakinlərimizin müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həlli üçün təxirəsalınmaz tədbirlər görülür.

İsmayıllı xəbərləri”   

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir