Qanlı və şanlı tariximizi yaddaşlara həkk olunur   

 

15 yanvar 2026-cı il tarixində İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseydə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş “Sönməyən işıqlar” adlı bədii qiraət müsabiqəsi keçirilib.

Tədbir öncəsi 20 Yanvar faciəsi zamanı, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin keçirilməsində məqsəd  yetişən nəslin yaddaşına qanlı və şanlı tariximizi həkk etmək olub.

Tədbirdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəis müavini Fərhad Qurbanov və idarə əməkdaşları, şəhid Fərid Əliyevin anası, şəhid Cəlal Rüstəmovun bacısı, İsmayıllı şəhər E.Məmmədov adına 3 saylı məktəb liseyin direktoru Vasif Abdullayev, “İsmayıllı xəbərləri” qəzetinin redaktoru, şair Şahməmməd Dağlaroğlu, rayon ümumtəhsil məktəblərində təhsil alan qiraətçi şagirdlər və iştirakçı məktəblərin uşaq birliyi rəhbərləri iştirak ediblər.

Məkəblilərin səsləndirdikləri şeirlərin münsiflər tərəfindən qiymətləndirməsi əsasında müsabiqənin qalibləri müəyyən edilib.

Talıstan məktəb-liseyin VIII sinif şagirdi Arzu Abdullayeva birincilik qazanıb.  II yeri 1 nömrəli tam orta ümumtəhsil məktəbinin X şagirdi Vüsalə Manaflı tutub. Talıstan lisey-məktəbinin VII sinif şagirdi Tamerlan Rəsulzadə III yerilə oxuduğu məktəbin adına şərəf gətirib.

Müsabiqədə I-III yerləri tutan qaliblər Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin müvafiq Diplomları, fəal iştirakçılar isə Fəxri fərmanlarla mükafatlandırılıb.

F.Qurbanov  

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir