Qida təhlükəsizliyi tələblərinə ciddi riayət olunmalıdır   

İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında TƏBİB-dən daxil olan “Tibb müəssisələrində müalicəvi qidalanmanın təşkili, stasionar müalicə alanların qidalanma rejimi və planlaşdırılması” mövzusunda təlimata əsasən mətbəx işçiləri ilə görüş keçirilib.
Tədbirdə baş həkim Nərgiz Rəhimova, Keyfiyyətə Nəzarətin İdarə Edilməsi Komitəsinin rəhbəri Elxan Qasımov, dietoloq həkim Günel Qəniyeva, Dəstək xidmətləri şöbəsinin müdiri Mübariz Orucov, anbar bölməsinin müdiri Fərəc Əzizov, digər kollektiv üzvləri və mətbəx işçiləri iştirak edib.
Görüşün əsas məqsədi stasionar müalicə alan xəstələrin sağlamlıq vəziyyətinə uyğun qidalanmasının düzgün təşkili, gündəlik menyuların planlaşdırılması və qida rasionunun müalicə prosesinə uyğunlaşdırılması barədə mətbəx əməkdaşlarının məlumatlandırılması olub.
Nərgiz xanım çıxışı zamanı bildirib ki, təlimat çərçivəsində porsiya normaları, qidaların hazırlanma texnologiyası, pəhriz növləri, eləcə də sanitar-gigiyenik və qida təhlükəsizliyi tələblərinə ciddi riayət olunmalıdır. Çünki müalicəvi qidalanmanın düzgün təşkili xəstələrin sağalma prosesinə müsbət təsir göstərir və tibbi xidmətin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır.
Görüş zamanı həkim-dietoloq Günel Qəniyeva TƏBİB-dən gələn təlimatla iştirakçıları tanış edib, mövzularla bağlı sualları cavablandırıb, təlimatın tələblərinin yerinə yetirilməsi haqqında əməkdaşlara praktiki tövsiyələr verib.

Leyla Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir