Fövqəladə hallar zamanı düzgün davranış  

 

İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə şagirdlərin fövqəladə hallar zamanı düzgün davranış bacarıqlarının formalaşdırılması, eləcə də ilkin tibbi yardım biliklərinin artırılması məqsədilə maarifləndirici təlim keçirilib. Təlim məktəbin hərbi rəhbəri, ehtiyyatda olan polkovnik-leytenant Mübariz Mirzəyev tərəfindən keçirilib.

Təlimdə fövqəladə hallar anlayışı, zəlzələ, yanğın, yol-nəqliyyat hadisələri, məişət qəzaları və digər riskli vəziyyətlər zamanı görülməli olan ilkin tədbirlər ətraflı izah edilib. Şagirdlərə şərti vəziyyətdə huşun itirilməsi, qanaxmalar, sınıqlar, yanıq halları, boğulma və zəhərlənmə zamanı göstərilən ilk tibbi yardım qaydaları nəzəri və praktik şəkildə təqdim olunub.

M.Mirzəyev ilkin yardımın vaxtında və düzgün göstərilməsinin insan həyatının xilas edilməsində mühüm rol oynadığını vurğulayıb, şagirdlərə panikaya düşmədən, təhlükəsizlik qaydalarına əməl edərək hadisəyə düzgün müdaxilə etməyin vacibliyini diqqətə çatdırıb. Təlim zamanı praktiki nümunələr üzərində məşğələlər aparılmış, şagirdlərə sarğıların qoyulması, zərərçəkənin təhlükəsiz vəziyyətə gətirilməsi və təcili yardım çağırılması prosedurları nümayiş etdirilib.

Səma Mehdiyeva         

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir