İsmayıllı bələdiyyəsi: Üzvümüzü təbrik edirik   

 

Yeni ilin özü ilə gətirdiyi yeniliklərdən biri Basqal qəsəbə tam orta ümumtəhsil məktəbində baş verib. Burada vakant vəzifəyə işə götürülmüş yeni əməkdaş pedaqoji kollektivə təqdim olunub.

7 yanvar 2026-cı il tarixindən Dağlıq Şirvan Regional Təhsil İdarəsi tərəfindən İsmayıllı rayonu, Basqal qəsəbəsi R.Novruzov adına tam orta ümumtəhsil məktəbinə uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə təyin olunmuş Abdullayeva Aynur Azad qızı haqqında məlumatları məktəbin direktoru Yeganə Ağayeva təqdimata uyğun olaraq kollektivin diqqətinə çatdırıb.

Təqdimatda A.Abdullayevanın ingilis dili müəllimi olduğu, bu vaxtadək İsmayıllı Dövlət Peşə Təhsili Mərkəzində çalışdığı, həmçinin İsmayıllı bələdiyyəsinə ikinci dəfə üzv seçildiyi bildirilib. Direktor yeni təyinat münasibətilə Aynur müəlliməyə uğurlar arzulayıb.

A.Abdullayeva göstərilən etimada görə təşəkkür edərək, üzərinə düşən vəzifələrə tam məsuliyyətlə yanaşacağını bildirib.

Ülkər Əsədöva,

İsmayıllı bələdiyyəsinin əməkdaşı   

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir