Dəyərli tövsiyələr səsləndirilib  

 

14 yanvar 2026-cI tarixində İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseydə DİN Polis Akademiyasının nümayəndəsi polis polkovnik-leytenantı Eldəniz Kazımov və İsmayıllı RPŞ-nin YYÇPİTQ-nin baş inspektoru, polis mayoru Rahim Orucovun iştirakı ilə IX-XI siniflərin oğlan şagirdləri ilə “Gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi” mövzusunda görüş keçirilib.

Onlara Polis Akademiyasına qəbul qaydaları və orada yaradılmış maddi-sosial baza haqqında geniş məlumat verilib. Verilən məlumatlarla yanaşı şagirdlərlə öz dövlətinə və xalqına gələcəkdə vicdanla xidmət etmək baxımından tövsiyə xarakterli söhbətlər aparılıb. Tədbir boyu şagirdləri maraqlandıran suallar cavablandırılıb.

S.Mehdiyeva   

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir