Təbii hadisələrin insan həyatına və ətraf mühitə təsiri
İsmayıllı şəhər 5 nömrəli tom orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi Səbinə Muradova tərəfindən 3 “b” sinfində “Okeanın qəzəbi” mövzusunda açıq, nümunəvi dərs keçirilib.
Bu işdə məqsəd şagirdlərə okeanda baş verən təbii hadisələr, xüsusilə sunami haqqında ilkin biliklər vermək, bu hadisələrin insan həyatına və ətraf mühitə təsirini izah etmək olub. Dərs motivasiya mərhələsi ilə başlanılıb, mövzuya uyğun sual-cavab aparılıb, şəkillər və mətn üzərində müzakirələr təşkil olunub.
Mətn üzərində iş zamanı şagirdlər oxu bacarıqlarını nümayiş etdirib, yeni söz və ifadələrin mənasını izah edib, hadisələrin ardıcıllığını müəyyənləşdiriblər. Müəllim interaktiv üsullardan istifadə edərək şagirdləri fəal iştiraka cəlb edib, onların sərbəst düşünmə və fikir bildirmə bacarıqlarının inkişafına çalışıb.
Dərsin gedişində 20 Yanvar faciəsinə də toxunulub. Müəllim bu faciənin Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin qanlı, lakin şərəfli səhifəsi olduğunu vurğulayıb. Şagirdlərə şəhidlərin xatirəsinin daim ehtiramla anılacağı, qəhrəmanlıqlarının gələcək nəsillər üçün nümunə olacağı yaş səviyyələrinə uyğun şəkildə izah edilib. Bu yanaşma dərsin tərbiyəedici mahiyyətini daha da gücləndirib.
Dərsin möhkəmləndirmə mərhələsində tapşırıqlar yerinə yetirilib. Dərsin sonunda mövzu ümumiləşdirilib, nəticələr müəyyən olunub və şagirdlərin fəallığı qiymətləndirilib.
E.Babayev

