Şəhidlərin xatirəsi dərin hörmətlə anılıb
İsmayıllı Rayon Məhkəməsinin kollektivi 20 Yanvar – Ümumxalq Hüzn Günü münasibətilə şəhidlərin əziz xatirəsini ehtiramla yad edib.
Məhkəmənin sədri İlqar Hüseynovun rəhbərliyi ilə məhkəmə kollektivi İsmayıllı rayonunda yerləşən Şəhidlər xiyabanını ziyarət edib. Ziyarət zamanı 20 Yanvar faciəsi qurbanlarının, eləcə də Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi dərin hörmətlə anılıb.
Abidə önünə gül dəstələri qoyulub, şəhidlərin ruhuna dualar oxunub. Qeyd olunub ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin həm faciəli, həm də şanlı səhifələrindən biridir və bu tarix xalqımızın yaddaşında daim yaşayacaq.
Eyni zamanda vurğulanıb ki, şəhidlərin göstərdiyi qəhrəmanlıq gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir.

