Şanlı mübarizə yolu daha dərindən öyrənməlidir

 

İsmayıllıda Konstitusiya və Suvrenlik İli çərçivəsində 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü ilə bağlı tədbir keçirilib.

İsmayıllıda Rayon İcra Hakimiyyətinin və Dağlıq Şirvan Regional Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən İsmayıllı Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü ilə əlaqədar konsert proqramı təşkil edilib.

Tədbir iştirakçıları sərgiyə baxış keçirib. Tədbir ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə Azərbaycanın dövlət müstəqilliyinin xalqımız üçün tarixi əhəmiyyətindən, ötən əsrin sonlarında müstəqillik uğrunda aparılan mücadilələrdən, həmin tarixi dövrdə baş verən hadisələrdən danışılıb. Bildirilib ki, müstəqillik hər bir xalqın milli kimliyini, onun tarixi və mədəni varlığını təsdiqləyən dəyərdir və bu dəyərlərin qorunması hər kəsin vətəndaşlıq borcudur. Həmçinin vurğulanıb ki, gənclər xalqımızın azadlıq və müstəqillik uğrunda keçdiyi şanlı mübarizə yolunu daha dərindən öyrənməli, müstəqil Azərbaycanın daha da çiçəklənməsinə layiqli töhfələr verməlidirlər.

Tədbir “Niyal”  intstumental ansamblının solistlərinin ifasında vətənpərvərlik mövzusunda səsləndirilən musiqi nömrələri ilə davam edib. Sonda iştirakçıların bir qrupu xatirə şəkli çəkdirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir