Qəhrəmanlarımız ehtiramla anılır
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən torpağına çəkdi Şəhidlər!
17 oktyabr tarixində şəhidlərimiz Taleh Qənbərlinin mövludu, Teymur Osmanlı və Əşrəf Məmmədlinin anım günü məzarları yanında qeyd edilib.
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızı ehtiramla anır, Allahdan bütün şəhidlərimizə rəhmət və ruhlarının şad olmasını diləyirik.
Ü.Əsədova

