İşaxtaranlar faydalı məlumatlar əldə etdilər  

İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin tərəfdaşlığı, Dövlət Məşğulluq Agentliyinin Dağlıq Şirvan Regional Məşğulluq filialının təşkilatçılığı ilə İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində əmək yarmarkası keçirilib.

Tədbirdə tibb və sağlamlıq elmləri FBK-nın sədri Elşən Həsənov, İstehsalat təcrübə rəhbəri Asiman Qasımlı və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci Publik Hüquqi Şəxsin sonuncu kurs tələbələri də iştirak ediblər.

Yarmarkada müxtəlif müəsissə və təşkilatın nümayəndələri iştirak edərək gənclərə vakant iş yerləri, işə qəbul qaydaları və əmək bazarının tələbləri barədə məlumat verdilər.

Tələbələr əmək yarmarkasında öz ixtisaslarına uyğun iş təklifləri ilə maraqlandılar, işə qəbul prosesi və karyera imkanları haqqında faydalı məlumatlar əldə etdilər.

E.Həsənov

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir