Şəhidlərimizin əziz xatirəsi  ehtiramla yad edilib 

 

İsmayıllı rayonunda 27 Sentyabr-Anım Günü münasibətilə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib.

İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ziyarətdə hüquq-mühafizə orqanları, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilat və ictimaiyyətin nümayəndələri iştirak edib.

Sentyabrın 27-də – Anım Günü ilə əlaqədar saat 12:00-da rayon ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, səs siqnalları verilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şərh Yaz