Nazir uğur və problemlərlə maraqlanıb    

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev İsmayıllı rayonunda İsmayıllı və Şamaxı rayonlarının sakinlərini qəbul edib. Qəbul öncəsi ulu öndər Heydər Əliyevin abidəsi önünə tər qızılgüllər düzülüb.

Naziri İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı ilə birgə özünüməşğulluq proqramı üzrə rayonda qurulmuş kiçik təsərrüfatlara baxış keçirib. Nazir bu sahədə əldə olunan uğurlar və problemlərlə maraqlanıb. Mövcud problemlərin həlli istiqamətində  aidiyyəti üzrə tapşırıqlar veriləcəyini vəd edib.

Nazir eyni zamanda Sosial Xidmətlər Agentliyinin sifarişi ilə icra edilən layihə əsasında İsmayıllıda yaradılmış günərzi qayğı mərkəzində göstərilən xidmətlərə də nəzər yetirib.

 

 

Şərh Yaz