Bilik gününüz mübarək   

 

Hörmətli müəllimlər, əziz şagirdlər!

Təhsil hər bir xalqın və dövlətin tərəqqisinin əsas amilidir. Ulu öndər Heydər Əliyevin hikmətli kəlamında deyildiyi kimi: “Təhsil millətin gələcəyidir.” Bu gün ölkəmizdə dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində təhsil sahəsi ardıcıl olaraq inkişaf etdirilir, yeni məktəb binaları inşa olunur, mövcud təhsil müəssisələri əsaslı şəkildə yenidən qurulur və müasir avadanlıqlarla təmin edilir.

İsmayıllı rayonunda da bu istiqamətdə mühüm addımlar atılır. Müəllimlərimizin fədakarlığı və şagirdlərimizin biliyə olan marağı sayəsində rayonumuzun təhsil uğurlarının gələcəkdə də davam edəcəyinə inamımız tamdır.

Əziz məktəblilər! Siz gələcəyin layiqli vətəndaşları, dövlətimizin inkişafına töhfə verəcək gənclərsiniz. Bu yolda bilik və təhsil sizin ən güclü silahınız olacaqdır.

Yeni dərs ilinin başlanması və “Bilik günü” münasibətilə bütün müəllim və şagirdləri səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm sağlamlıq, uğurlar və müvəffəqiyyətlər arzulayıram.

Bilik gününüz mübarək olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir