Qardaş xalqların ədəbiyyatından:  ÖZBƏKİSTAN Şöhrət Arif

1981-ci ildə Özbəkistan Respublikasının Fərqanə vilayətində anadan olub.

Özbəkistan Milli Universitetinin jurnalistika fakültəsində, Özbəkistan Respublikası Prezidenti yanında Dövlət və İctimai Quruculuq Akademiyasında təhsil alıb.

Jurnalist, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis,

Beynəlxalq Münasibətlər magistridir.

“Mən əsil insan yox, yar idim” (2020), “Axşamın səsi” (2022) kitabları işıq üzü görüb.

Özbəkistan Yazıçılar Birliyinin və TÜRKSOY Yazıçılar Birliyinin üzvüdür.

15-ci Beynəlxalq Türk Şeir Festivalının (oktyabr 2022, Türkiyə, Bursa-Konya), 16-cı Beynəlxalq Türk Şeir Festivalının (noyabr 2024, Özbəkistan, Daşkənd) iştirakçısı olub.

Əsərləri türk, Azərbaycan, ingilis, qırğız, qazax, tatar və rus dillərinə tərcümə olunub.

Hazırda Biznesin İnkişafı Bankı sədrinin müşaviri vəzifəsində çalışır.

Özbəkistan Respublikasının “Şöhrət” medalı və “Dostluk” ordeni ilə təltif edilib.

 

***

Səni alıb gələn küləklər tanış,

Onlar məni səssiz atıb getdilər.

Köksümdə büzüşüb bitən ümidim,

Sonda yetib gəldin qismətə qədər.

 

Hamı qarışmışdı mən doğulanda,

Bilməm gəlişimdən kim artıq uddu?

Ömrüm külək umub, ötüb gedəntək,

Bir külək gözləməm qırx ilmi oldu?!

 

Halını anladım yaşamaq nədir –

Özüm başqa cürəm, başqa mətahım.

Başqa cür olması mümkün olardı,

Küləklər gecikdi, məm yox, Allahım!

 

***

Səndən bir işarə kifayət,

Ruhum təzələnə bilər.

Mən dünyanı gömərəm eşqə –

Bu dünya dünyaya çevrilər.

 

Səndən bir işarə kifayət,

Daşlar vüsal umub güllərdi.

Yırtıq yapıncıda o dəlik,

Özündən utanıb, gülərdi.

 

Səndən bir işarə kifayət,

Dağlar çiyin tutub düzülər.

Gözlərinə baxaraq ölsəm,

Min illik yalanlar dirilər.

 

Səndən bir işarə kifayət,

Ömrüm – məktub, gəzir ünvan.

Siz – küləyə gülən illərim,

Rahatlıq verin bircə an!

 

Saçlarına səssiz gömülüm,

Son anlarım oxusun ayət.

Qalıb, qoruyummu dünyanı,

Səndən bir işarə kifayət.

 

***

Səndən gözəl idi dərdlərin,

(Mən onları sevdim əslində).

Mənə töhfə etdin məyusluq,

Ömrümün ən məyus fəslində.

 

Gözlərimdən axtardın bəxti

“Bəxtli olmaq şərtmi, gül”, – dedim.

Adam kimi olmağa gəlməmiş,

Adam kimi sevməli idim…

 

Biz layiqdik böyük qismətə.

Xırda qismət – olmaq bəxtlitək.

Gözlərinin yaşını gördüm –

İndi nəticə deyildir ölmək!

 

Səndən gözəl idi dərdlərin…

 

***

Asamızda iyirmi payız var,

İyirmi bahar var, gül dərib.

Aramızda hamı bəxtiyar,

İkimiz – ən bəxtiyar qərib!

 

Aramızda – adsız illər,

Və milyard adam var adlı.

Aramızda – dilsiz könüllər,

Aramızda – dinclik qanadlı.

 

Aramızda – vüsal qoxusu,

Aramızda – bəxt qurduğu dar.

Aramızda çox deyil… ancaq,

İyirmi damcı göz yaşı var.

 

Aramızda qismət sərgərdan,

Aramızda bezibdir qəfəs.

Aramızda dünya saxlar can,

Yalnız bizə yetməyir nəfəs.

 

Aramızda sevgi var, gülüm,

Birlik yox, lakin birləşmək var.

Bizə həvəs göstərir ölüm –

Adını  asta çəkib ölmək var…

 

Kəbə qarşısında

 

Yollar xəyallarımtək dolaşıq.

O yollarda küləktək əsdim.

Sən qapısını aç, Allahım,

Bir cavanı yanlayıb gəldim…

 

Heç bir yola daxil olmadım.

Hamısı viran olub məncə.

Anladım, ömrümdə mən yox,

Mənim ömrüm – Səndən Sənəcə!

 

Yaşamaq biletim, həyatım

Sənin xəbərini gözləməli.

Ayağım torpağa bağlıdır,

Ürək asimana bağlı, bəli…

 

Ağlamağa qeyrətin çatmaz,

Qismət isə güldükcə gülən.

Yollar xəyallarımtək dolaşıq

 

Qar, mən, yar

 

Pıncərəmdə tövşəməkdə qar,

(Sanki göydən düşən kimi ərk).

Həsrətimdən gözlədib kimisə –

Tam səni axtarıb gələntək…

 

Pəncərədən səpilir ömrüm,

Anlayıram- yollar bağlı, bərk.

Gəlməyini gözlədim sərasər –

Tam səni axtarıb gələntək…

 

Pəncərədən baxmaqdayam mən,

Pəncərədə tövşəməkdə qar.

Adını ayətək pıçıldayıb,

Sənsizlikdə əriməkdəyəm, yar…

 

***

Səni həsrətlərimə  gömdüm,

Həyata başladım xoşsayaq.

Yalnız… gecələr “sağmısan” deyib

Gözlərimi soxular çıraq…

 

Səni qayğılarıma gömdüm,

Qayğılar da oldular gözəl!

Çox gözəl doğuldu hamısı,

Hamısı da öldülər gözəl…

 

Səni arzularıma gömdüm,

Güllənməyə başladı səhərim.

Bu aləmdə bizə gün yoxdur,

Arzularda bitik, dilbərim.

 

Səni sükutlarıma gömdüm,

Dünya oldu daha da ağır.

Danışsam ürəyin ağradı,

Sussam, ürəyim ağrayır.

 

Səni xatirələrə gömdüm,

Gəzirım bəxtiyar, xürrəm, sağ.

Bildim – səni gömdüyümdən,

Özümü gömməm asan olacaq.

 

***

Gəlişlərin güntək təkrarsız,

(Gördüyümdə alıram nəfəs).

Dünya az oxşayar dünyaya.

Mənə oxşamaq istər hər kəs.

 

Gedişin də güntək təkrarsız,

Boşalar könüldə çəmənlər.

Dünya az oxşayar dünyaya –

Hamının mənə rəhmi gələr.

 

***

Mən səni elə əsirgədim ki,

Əsirgəyən oldum özümü.

(Səni gördükdə hərgah

Necə yumardım gözümü?!)

 

Mən səni elə əsirgədim ki,

Qəsd ilə getmədim, qəsd ilə.

(Sənə xoş gəlirəm deyib,

Adamlıqdan çıxdım zənn elə).

 

Mən səni elə əsirgədim ki,

Demədim halının yaxışın.

(Çayı olmayanların çayında

Asan olsun deyə axışım…)

 

Mən səni elə əsirgədim ki,

Tanrı məni əsirgəyəntək.

(Mən özümü atan vaxt oda

Qucaq açdı göy səma – Mələk!)

 

Mən səni elə əsirgədim ki,

Hər gecə adımı çəkər bağ!

Səndən uzaq gəzdim, belə ki,

Dünya uzun ömürlü olacaq!

 

 

***

Yağış, şair, dəniz və külək,

Söhbət qurur Allah haqqında.

Sözsüz gəzişmədə həqiqət,

Duzlu dünya baxmaqda lal tək.

 

Şair, külək, yağış və dəniz,

Bir-birinə verməkdə təskin.

Bir-birində görməkdə əksin.

Bir-birindən axtarmaqda iz.

 

Külək, dəniz, şair və yağış,

Bir-birinə əbədi bağlı!

Onlar – yerdən göyərən ağrı,

Yalnız bu sirr Allaha qalmış.

 

Dəniz, yağış, külək və şair,

Yaşayıb keçibdi minnətsiz.

Dabanında azadlıq damğası,

Gözlərisə azadlıq gəzir.

Azərbaycan dilinə uyğunlaşdıran: Şahməmməd Dağlaroğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir